Azərbaycan bu fərqlə digər ölkələrdən seçilir – Maraqlı məqam

Sosial 26 May 2026 23:55
Azərbaycan bu fərqlə digər ölkələrdən seçilir – Maraqlı məqam
WhatsApp kanalımıza abunə olun

Dünyanın müxtəlif ölkələri fərqli xüsusiyyətləri ilə diqqət çəkməyə davam edir.

Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, aparılan müxtəlif araşdırmalar, statistik göstəricilər və beynəlxalq reytinqlər əsasında ölkələrin seçilən xüsusiyyətləri açıqlanıb.

Belə ki, İsveç dünyanın ən səssiz ölkələrindən biri hesab olunur. Finlandiya ən xoşbəxt ölkə kimi tanınırsa, Fransa romantikanın mərkəzi sayılır. İsverə isə təmizliyi ilə ön plana çıxır. Yaponiya təhlükəsizlik səviyyəsinə görə dünyanın ən etibarlı ölkələrindən biri kimi göstərilir. 

Azərbaycan qonaqpərvərliyi ilə seçilən ölkələr sırasında yer alır. Türkiyə zəngin tarixi və turist axını ilə diqqət çəkir. Yeni Zelandiya yaşıllığı, Braziliya isə əyləncə həyatı ilə məşhurdur.

Kanada dünyanın ən soyuq və ən uzun sahil xəttinə malik ölkələrindən biri hesab edilir. Lüksemburq adambaşına düşən gəlirin yüksək olması ilə fərqlənir. İtaliya güclü mətbəx mədəniyyəti, Almaniya isə nizam-intizamı ilə tanınır.

Norveç sakit həyat tərzi, Cənubi Koreya texnoloji inkişafı ilə seçilir. Çin dünyanın ən sıx əhalili ölkəsi hesab olunur. Hindistan isə sürətlə inkişaf edən dövlətlər sırasında göstərilir.

Hollandiya azadlıq səviyyəsi, Sinqapur təhsil sistemi, Estoniya isə rəqəmsal dövlət idarəçiliyi ilə ön plana çıxır. Danimarka balanslı həyat şəraiti, Portuqaliya sakit yaşam tempi ilə diqqət çəkən ölkələr arasındadır.

Bununla yanaşı, Meksikada orta iş saatlarının uzun olduğu, Nigeriyanın isə ən gənc əhaliyə sahib ölkələrdən biri olduğu bildirilir. Monako və İslandiya yüksək yaşam xərcləri ilə seçilir.

Papua-Yeni Qvineya dünyada ən çox dil danışılan ölkələrdən biri hesab olunur. Rusiya ən çox qonşu ölkəyə sahib dövlət kimi tanınır. Avstraliya geniş səhra əraziləri, Tayvan isə sürətli internet infrastrukturu ilə diqqət çəkir.

İran və Yunanıstan qədim və köklü mədəniyyətləri ilə dünyanın ən zəngin tarixi irsə malik ölkələri sırasında göstərilir. Bolqarıstan isə Balkanların ən sakit ölkələrindən biri hesab olunur.

Oxunub : 76
ŞƏRH YAZ
Ad

E-mail

Şərh