Bakıda “Qaz-24”də törətdiyi cinayətin üstü 31 il sonra açıldı

Ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması istiqamətində prokurorluq və daxili işlər orqanlarının səmərəli fəaliyyəti davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 31 il əvvəl, 1993-cü il fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1956-cı il təvəllüdlü Babayev Əli-İskəndər Hacıbala oğlunun idarə etdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub.
Toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Qililov Aydın Şauloviçin həmin gün saat 22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısında görüşüb, sonuncuya məxsus “Qaz-24” markalı avtomaşının salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan “Naqan” tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Ötən illərdə qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması, törədilmiş cinayətə görə cinayət məsuliyyətinin və cəzanın labüdlüyü prinsipinin təmin olunması istiqamətində prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.
Baş Gömrük İdarəsində ƏMƏLİYYAT - Saxlanılanlar var
Keçiddən keçməyən piyada sürücünün iradına görün nə cavab verdi - VİDEO
Bakıda "BYD"dən 120 min dollar oğurlandı; sürücü və tanışı saxlanıldı - VİDEO
Çipsiyə görə 2 yaşlı uşaq əməliyyat olundu
Adanada hündürmərtəbəli binadan yıxlan 14 yaşlı qız sağ qalıb - VİDEO
Məhkəmə “Galendewagen”lə insident törədən sürücünü həbs etdi
Bakıda sürücü sükan arxasında öldü, maşın mağazaya çırpıldı
Magistral yola qəfil çıxan inəklər sürücülərə çətin anlar yaşatdı - VİDEO
Yaxınlaşan avtomobilə məhəl qoymayan piyada təhlükə yaratdı - VİDEO
"8-ci km" bazarında avtomobil yandı - VİDEO - YENİLƏNİB
İki avtomobilin arasına girən moped sürücüsü təhlükəli anlar yaşadı - VİDEO










