Bakıda qeyri-adi oğru peyda olub - Görün nə oğurlayır - VİDEO

Xəzər rayonunun Şağan qəsəbəsində məhəccər oğruları peyda olub. Məhəccərə qənim kəsilənlər, sakinlərin mütəmadi istifadə etdikləri pilləkənlərin kənarındakı məhəccərləri oğurlayırlar. Ərazidə yaşayan sakinlər deyirlər ki, məhəccərlərin olmaması pilləkənləri çıxıb-düşməkdə çətinlik yaradır. Xəzər rayon Polis İdarəsi oğruların qısa zamanda saxlanaraq, məsuliyyətə cəlb olunması üçün hərəkətə keçib. Söhbət Xəzər rayonu Şağan qəsəbəsində, yolun kənarındakı pilləkənlərdən gedir. Ərazidə yaşayan sakinlər, xüsusən də yaşlı insanlar, məhəccərlər yerində olmadığından pilləkənləri çıxıb-düşməkdə çətinlik çəkirlər. Sakinlər iddia edirlər ki, bir neçə gün əvvəl məhəccərlər yarısalamat olsa da, yerində idi. Amma gecə saatlarında söküb aparıblar. Daxili İşlər Nazirliyindən bildirildi ki, hadisə ilə bağlı vətəndaşlardan Xəzər Rayon Polis İdarəsinə müraciət daxil olmayıb. Amma məsələ nəzarətə götürülüb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanması istiqamətində tədbirlər görüləcək.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












