Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıb - FOTO

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Anar Məcidov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onun üzərində və evində 5 kiloqramdan çox marixuana aşkarlanıb.
A.Məcidov ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri əkdiyini və onlara xüsusi qulluq edərək şəxsi istifadəsi ilə yanaşı satmaq üçün yetişdirdiyini bildirib.
Qeyd edək ki, o, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir zamanı Maştağa qəsəbəsindəki qızıl dükanlarından birindən soyğunçuluq edərək 1000 manat dəyərində üzük və sırğanı talayaraq ələ keçirən əvvəllər məhkum olunmuş Fərhad Hacıyev də saxlanılıb. O, ifadəsində yaşadığı Qaradağ rayonunun Sahil qəsəbəsindən Maştağaya soyğunçuluq məqsədi ilə gəldiyini bildirib.
Hər iki faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir. A.Məcidov və F.Hacıyevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












