Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalmış yeniyetmə qızın son durumu açıqlanıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2013-cü il təvəllüdlü şəxs 11.05.2023-cü il tarixində saat 19:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə Respublika Klinik Xəstəxanasına gətirilərək Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib:
“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti stabildir”.
Qeyd edək ki, yeniyetmə qız mayın 11-i axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












