Bakıda sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO

Bakıda marşrut avtobusunda ödəniş terminalını yumruqla vuraraq sındıran şəxs axtarılır.
Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda baş verib.
Avtobusun məxsus olduğu şirkətin icraçı direktoru Şəhriyar Gülmalıyev bildirib ki, sürücü nağd ödəniş etmək istəyən sərnişinə ödənişin kartla olduğunu bildirməsinə görə mübahisə baş verib:
“Daha sonra başqa bir sərnişin onun yerinə kartla ödəniş edib. Həmin şəxs düşərkən yenidən mübahisə edib və bu zaman ödəniş terminalına yumruqla vuraraq sındırıb. Nəticədə şirkətə 13 400 manat ziyan dəyib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etmişik”.
Hazırda araşdırma aparılır, lakin hadisəni törədən şəxs hələ saxlanılmayıb.
"Unikal"
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












