Bakıda spirtli içkiyə etiraz ölümlə nəticələndi - VİDEO

Bakıda iki dostu – Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovla bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Tural Məmmədov dindirilib. O, hadisənin paytaxtdakı restoranlardan birində baş verdiyini deyib. Qardaşı Nurani ilə birlikdə dostu Raminin dəvəti ilə həmin restorandakı məclisdə iştirak ediblər. Tural ibadət əhli olduğunu deyərək masaya qoyulan spirtli içkiyə etirazını bildirib. Bundan sonra spirtli içki masadan yığışdırılıb. Məclisdə olan zərərçəkən mərhum Şahin əsəbi halda hamını söyərək narazılıq etməyə başlayıb. Həmin vaxt mübahisə yatırılsa da, bir qədər sonra evlərinin yaxınlığındakı çayxanada olduqları vaxt Şahin bir qrup şəxslə onlara yaxınlaşaraq yenidən onları təhqir etdiyindən tərəflər arasında kütləvi dava başlayıb. Dava zamanı Şahin Bayramov və Fərid Əlirzayev qətlə yetiriliblər.
Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə və silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə maddələri ilə cinayət işi başlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












