Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldı

Bakıda sürət yarışı keçirən avtomobillərin sürücülərinə hökm oxunub. “Qaynarinfo”nun məlumatına görə, sürət yarışı keçirənlər 1990-cı ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş Cəfər (şərti ad) və 2007-ci ildə Bakı şəhərində anadan olmuş Teymur (şərti ad) adlı şəxslərdir. Onlar “Mercedes-Benz E220 CDİ” və “Mercedes-Benz E200” markalı avtomobillərlə Mərdəkan qəsəbəsi istiqamətində sürət yarışı keçiriblər. Sürət həddinin aşılması “Mercedes-Benz E220 CDİ” markalı avtomobillin sürücüsü tərəfindən çəkilmiş videogörüntü ilə müəyyən edilib. Hər iki avtomobilin sürəti 160 km/saat olub.
Sürücülər Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsində törətdikləri əməli etiraf ediblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə hər iki sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb. “Mercedes-Benz E200”ün sürücüsü 2500 manat, “Mercedes-Benz E220 CDİ”nin sürücüsü 2000 manat cərimələniblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












