Bakıda qatar gənc oğlanı iki yerə böldü - YENİLƏNİB

“Azərbaycan Dəmir Yolları” QSC Bakıda baş vermiş dəhşətli ölüm hadisəsi ilə bağlı açıqlama verib.
QSC-dən Oxu.Az-ın soruğuna cavab olaraq bildirilib ki, dekabrın 14-də saat 08:30 radələrində Bakı Yük Stansiyasının Əhmədli sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:
“Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib.
İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”.
***
Bakıda qatar yoluna çıxmış oğlan faciəli şəkildə ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə Keşlə yük dəmiryol xəttinin üzərində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 20 yaşlı Elfaq Rüstəmovu teplovoz vuraraq öldürüb. Hadisə zamanı gənc oğlanın bədəni iki yerə bölünüb (oxu.az).
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












