Bakıda yanğın: 7 nəfər təxliyə edildi

"Qobu Park-2" yaşayış kompleksində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, "Qobu Park-2" yaşayış kompleksində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində onmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənmədən və digər mənzillərə keçmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində, biri azyaşlı olmaqla, ümumilikdə 7 bina sakini təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












