Bakıda yararsız tortlar satan müəssisə cəzalandırılıb - FOTO

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Yasir Oqtay oğlu Əliyevə məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Qida obyektinin satış vitrinində istifadə müddəti bitmiş tortlar aşkarlanıb. Həmçinin baxış zamanı temperatur rejiminə əməl olunmadığı, bəzi tortlarda isə aşkar kiflənmə əlamətləri müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək istehlaka yararsız məhsulların satışının qarşısı alınıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












