Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 kvadratmetr olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 kvadratmetr sahədə qarsalanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09:32
Bakıda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən binasının birinci mərtəbəsindəki mənzildə yanğın olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğın söndürülüb. Hadisə yerindən görüntüləri təqdim edirik:
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB











