Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Paytaxtın mərkəzində, 28 May küçəsində yerləşən "El Pizza" restoranında axşam saatlarında yanğın baş verib. Avtosfer.az “Baku TV”yə istinadən xəbər verir ki, hadisə yerinə оperativ şəkildə müdaxilə olunub və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğın tam söndürülüb, ərazidə isə tüstülənmə müşahidə olunur.
Hadisə şahidlərindən biri baş verənləri belə təsvir edib:
"Qızım birdən qapını bərk döydü. Elə bildim, başına nəsə gəlib, kimsə onu təqib edir. Dedi ki, bina yanır, tez bayıra çıxın. Hər tərəfi tüstü basmışdı, göz-gözü görmürdü. Mən həmişə onlara deyirdim ki, pizzanı elektrik sobasında hazırlayın. Amma odun, taxta gətirib yandırır, onunla bişirirdilər. Bu tikili UNESCO siyahısına düşmüş, 100 ildən çox yaşı olan tarixi binadır. Üzərində də lövhə var, toxunulmaz binadır. Üç-dörd il əvvəl buranı satdılar, bir nəfər aldı və burada restoran açdı. Bütün qonşular, dörd-beş ailə etiraz etdi ki, burada pizza bişirmək olmaz. Hər yerə zəng etdik, müraciət etdik. Dəfələrlə dedik ki, bu obyekti bağlayın, amma heç kim tədbir görmədi. Axırı belə oldu, bina yandı".
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












