Bakıya oğurluq etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq “izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












