Baş Prokurorluq: “Xocavənddə aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparılır”

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparılır.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilən faktla bağlı hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən mövcud cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Xatırladaq ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb. Belə ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilən 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












