Batumidə Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı - Qanunsuz ...

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən Batumidə xüsusilə külli miqdarda narkotik vasitə dövriyyəsi ilə bağlı əməliyyat keçirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı N.A. və 1993-cü il təvəllüdlü Türkiyə vətəndaşı S.C. xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə saxlanılıblar.
Şəxslərin üzərində və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı sübut kimi xüsusilə külli miqdarda "heroin" aşkarlanaraq götürülüb. İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumi şəhərinin müxtəlif ərazilərində satış məqsədilə saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan materialları da müsadirə ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq bəndi ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












