Beyləqan sakinlərindən narkotik vasitələr aşkarlanaraq götürülüb - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Pərviz Mətləbzadə saxlanılıb. Araşdırmalarla onun narkotiki rayon sakini Kamran Hümbətlidən aldığı müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. K.Hümbətlinin üzərindən metamfetamin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən davam etdtirilən tədbirlərlə K.Hümbətlinin narkotiki digər bir rayon sakini olan İlham Mirzəyevdən aldığı müəyyən olunub və o, idarə etdiyi avtomobillə birgə rayon ərazisində saxlanılıb. Avtomobilə baxış keçirilən zaman bükümlərdə qablaşdırımış metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












