Beyninə qan sızan azərbaycanlı aktyor ƏMƏLİYYAT OLUNDU

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev əməliyyat olunub.
Bu barədə aktyorun bacısı Dilarə Əliyeva açıqlamasında bildirib.
O qeyd edib ki, Vüsala anevrizma diaqnozu qoyulub:
"Anevrizma da elə bir diaqnozdur ki, onu mütləq əməliyyata alırlar. Vüsal ötən gün əməliyyat olunub. Hazırda reanimasiyadadır və bir neçə gün orada olması gözlənilir. Əməliyyatdan sonrakı dönəm də əməliyyatın özü qədər önəmlidir. Çünki bu müddətdə həkimlərdən asılı olmayan səbəblərdən orqanizm özünü başqa cür də apara bilər. Dua edək ki, hər şey yaxşı olacaq".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyunun 19-u saat 14:40-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin başağrıları, başgicəllənmə səbəbi ilə müraciət edən Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib. Vəziyyəti stabil olandan sonra isə ailə üzvlərinin istəyi ilə V.Murtuzəliyev Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.(oxu.az)
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












