Fəhləni xilas etmək üçün kanalizasiyaya düşən baş mühəndis ölüb - YENİLƏNİB

Biləsuvarda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Report-un məlumatına görə, hadisə P.Əliyev küçəsində qeydə alınıb.
Həmin küçədə çəkilən yeni kanalizasiya xəttində tutulma baş verib. Kanalizasiyadakı tutulmanı aradan qaldırmaq istəyən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi, 1957-ci il təvəllüdlü Əsgərov Allahyar Xudayar oğlu ölüb, fəhlə 1991-ci il təvəllüdlü Mirzəyev Asif Vasif oğlu isə zəhərlənərək Biləsuvar Rayon Mərkəzi Xəsətəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, baş mühədis və iki fəhlə kanalizasiyada baş verən nasazlığı aradan qaldırmaq üçün əraziyə gəliblər. Bu zaman kanalizasiya anbarında yaranan zəhərli qaz kütləsi anbarın aşağı hissəsində olan fəhlənin zəhərlənməsinə səbəb olub. Baş mühəndis özü anbara düşərək fəhləni xilas etmək istəyərkən vəfat edib.
Orda çalışan digər fəhlə, 1989-cu il Səfərov Nurəddin Ağadi oğlu da zəhərlənib. Onun vəziyyəti normallaşıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
19:51
Biləsuvarda bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb. İlkin məlumata görə, ərazidə kanalizasiyada çalışan iki fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












