Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi

Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində “İJ” markalı nömrəsiz motosikletini sürən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1965-ci il təvəllüdlü Cabbar Səlifov (ad-soyad şərti) 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində “İJ” markalı motosikletini kənddə idarə edərkən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Xidmət əməkdaşları motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə saxla əmrini verib və həmin şəxs nəqliyyat vasitəsini saxladıqdan sonra sonuncudan sənədləri təqdim etməsini istəyiblər. Lakin şəxs sənədləri təqdim etməkdən imtina edib və polislə mübahisə etməyə başlayıb. Daha sonra isə həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsini aşırdıb və motosikleti yandırmaqla polisi əməkdaşlarına hədə-qorxu gəlib.
Məhkəmənin qərarı ilə Cabbar Səlifov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 15 gün müddətinə həbs edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












