Binəqədidə yağış və qrunt suları yollara dolub - VİDEO

Binəqədi rayonu, 1-ci mədən, 7-ci korpusda yaşayan sakinlərin yolunu su basıb. Xüsusilə yağan yağış və qrunt suları yola yığılır. Nəticədə yol keçilməz olub. Sakinlərin istəyi çəkilən kanalizasiya xəttinin əsas xəttə qoşulmasıdır.
Avtosfer.az-ın məlumatına görə, yağan yağış və yeraltı qrunt suları yolları keçilməz edib. Üstəlik, bəzi həyətlərə də su dolub. Yolların bərbad vəziyyətdə olması sakinlərə çətinlik yaradır. Sakinlər deyirlər ki, öz vəsaitləri hesabına kanalizasiya xətləri çəkdiriblər. Ancaq vəsait bitdiyindən layihəni tamamlamaq mümkün olmayıb. İndi sakinlərin əsas istəyi kanalizasiya xətlərinin işlək vəziyyətə gətirilməsidir. ''Azərsu'' Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, vətəndaşlar özləri həmin əraziyə kanalizasiya çəkmək öhdəliyini üzərlərinə götürüb. Odur ki layihəni də özləri tamamlamalıdırlar. Vətəndaşlar indi pullarının olmadığını və aidiyyəti qurumun bu məsələdə onlara köməklik etməsini istəyirlər.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












