“Boğazını qələmlə deşdim” - 7 nəfəri öldürən azərbaycanlıların ifadəsi

Rusiyanın Velikiy Novqorod şəhərində əsas hissəsi azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin məhkəmə işi davam edir.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Qabil Vəliyevin başçılıq etdiyi dəstəyə Hüseyn Hüseynov, Surxay Heydərov, Emin Səlimov, Mahir Paşayev, Janna Parşuk və Aleksandr Averkin daxil olub.
Prokurorluq "qara rieltorluq"la məşğul olan dəstə üzvlərinin Moskvada tənha yaşayan, alkoqolizmdən əziyyət çəkən insanlarla tanış olaraq, onlarla dostluq münasibəti yaradıb, əmlaklarını öz adlarına keçirdiyini, sonra isə onların qurbanlarını içizdirib, avtomobillərinə mindirib, Novqorod vilayətinin Boroviç rayonunda yerləşən Kaçalovo kəndinə gətirərək qətlə yetirdiklərini açıqlayıb.
Qətl yeri kimi dəstə üzvü, Kaçalovo kəndində fermer kimi tanınan Hüseyn Hüseynovun həyətyanı sahəsinin seçildiyi vurğulanıb. Bu yolla dəstə üzvləri 2007-2008-ci illər ərzində 7 nəfəri qətlə yetirərək əmlaklarına sahib olublar.
Qətllə yanaşı, dəstə üzvləri soyğunçuluq, dələduzluq və özgə əmlakını talamaqda da ittiham olunurlar.
İstintaq orqanları və ittihamçı tərəf dəstənin başçısı və bütün aksiyaların koordinatorunun əvvəllər də qəsdən adam öldürdüyü üçün məhkumluq həyatı yaşamış Qabil Vəliyevin olduğunu iddia edir.
Qruplaşmanın üzvləri Mahir Paşayev və Janna Parşuk artıq mühakimə olunublar. Qabil Vəliyevin bacısı oğlu olan Mahir Paşayev 24,5 il, Janna Parşuk isə 18,5 il həbs cəzası alıb.
Onlar hər ikisi ifadələrində Qabil Vəliyevin dəstə başçısı olduğunu, törədilən cinayətlərin detalları barədə ətraflı məlumat veriblər.
Amma məhkəmədə ifadə verən Qabil Vəliyev ittihamları qəbul etməyib və günahsız olduğunu deyib.
O, avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, bazarda bir neçə yerdə obyekt işlətdiyini deyib. Bacısı oğlu Mahir Paşayevin Azərbaycandan Rusiyaya iş arxasınca gəldiyini biləndən sonra ona dəstək olduğunu, sonralar qohumunun mənzil dələduzluğu ilə məşğul olduğunu eşidib.
Dövlət ittihamçısı Georgi Jukov "Bacınız oğlunun dələduzluqla məşğul olduğunu bilirdinizsə, nə üçün onu bu işdən uzaqlaşdırmadınız?", deyə sual edib. Vəliyev isə dələduzluq hallarının insan qətli ilə müşayiət olunduğunu bilmədiyini, yoxsa, qohumunu dərhal Azərbaycana, ailəsinin yanına göndərəcəyini deyib.
O, Mahir Paşayev və Janna Parşukla həqiqətən də Moskva restoranlarında görüşdüyünü, lakin onların ifadəsində deyildiyi kimi qətl planlaşdırmaq üçün deyil, gündəlik işlər, Azərbaycandakı vəziyyət və s. barədə söhbət etdiklərini iddia edib.
Cinayətkar dəstənin planlaşdırdığı qətllərin əksəriyyətini icra edən Aleksandr Averkin də ifadə verib.
İbtidai istintaq zamanı dəstə üzvlərinin göstərişi ilə qətllər törətdiyini deyən Averkin özünün də yalan yollarla Moskvadan Kaçalovo kəndinə gətirildiyini, Qabil Vəliyev, Hüseyn Hüseynovun hədələri altında tanımadığı insanları qətlə yetirdiyini söyləyib.
Amma sorğu-sual zamanı Kaçalovo kəndindəki evin Averkinin öz adına rəsmiləşdiyi, kənddə onu heç kəsin zorla saxlamadığını üzə çıxıb.
Məhkəmədə ifadəsini dəyişən Averkin həyati təhlükəsi olduğu üçün cinayətlər törətdiyini deyib. "Mən qorxurdum. Deyirdilər ki, səni də öldürərik".
Bu zaman dövlət ittihamçısının Averkindən Kaçalovo kəndini nə üçün tərk etmədiyini soruşub.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












