Braziliyada təbii fəlakət qurbanlarının sayı 150 nəfəri ötüb

Braziliyanın Rio-de-Janeyro əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 152 nəfərə yüksəlib.
Petropolis şəhəridə baş verən daşqın və torpaq sürüşmələrindən sonra 165 nəfər itkin düşüb, 967 nəfər isə sığınacaqlardadır. Şəhərin 51 nöqtəsində çalışan əsgər və könüllülərdən ibarət qruplar yağışlı və rütubətli hava şəraiti ilə əlaqədar yenidən torpaq sürüşmələrinin baş verəcəyindən narahatdırlar. Qeyd edək ki, fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələrinin baş verdiyi, küçələri, parkları, bazarları su basdığı, avtomobil və avtobusların su altında qaldığı bildirilib. Ştat qubernatoru Klaudio Kastro bölgənin 1932-ci ildən bəri ən güclü yağıntıya məruz qaldığını bəyan edib.
Mənbə: “Anadolu”
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












