Bu gün "Son Zəng"dir - Qaydalar

Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir.
Avtosfer.az xəbər verir ki, 15 sentyabrda başlayan 2025-2026-ci tədris ili bu gün - iyunun 13-ü başa çatır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib. Bildirilib ki, "Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
2025-2026-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 min 550 nəfər məzun olur. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri oğlandır.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində XI sinfi 37 222, XII sinfi isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla, ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun olacaq.
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO












