Cəbrayıl rayon sakinlərindən narkotik vasitə götürülüb - FOTO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Sahil Rüstəmov saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. S.Rüstəmovun ətrafında davam etdirilən tədbirlərlə narkotik vasitəni rayon sakini Mehman Abbasovdan aldığı müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. M.Abbasovun da öz növbəsində narkotiki tanışı, digər rayon sakini Fariz Quliyevdən aldığı müəyyən olunub. Polis əməkdaşları tərəfindən davam etdirilən əlavə tədbirlərlə əvvəllər dəfələrlə məhkum edilmiş F.Quliyev də saxlanılıb. Onun üzərinə və kirayə yaşadığı ünvana baxış keçirilən zaman marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırmalar davam etdirlir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ













