Cəzaçəkmə müəssisəsindəki yanğında məhbuslar zəhərlənib? - AÇIQLAMA

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində baş vermiş yanğın zamanı bir neçə məhbus zəhərləndiyi bildirilib.
Avtosfer.az "Tiraj.az"a istinadən məlumat verir ki, zəhərlənmiş məhbuslar tibb məntəqəsinə yerləşdirilib.
Ədliyyə Nazirliyindən isə sayta bildirilib ki, baş vermiş yanğın hadisəsi ilə bağlı məhkumlar arasında hər hansı zəhərlənmə halı qeydə alınmayıb: "Eləcə də hadisə nəticəsində xəsarət alan yoxdur".
Xatırladaq ki, aprelin 7-də 6 saylı cəzaçəkmə müəssisəsində yanğın hadisəsi baş verib. Bu haqda Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü












