Daha bir şirkət 20 min manat cərimələnib

“EF Nitq İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 2 şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Fatimə Hüseynova barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min 500 manat məbləğində inzibati cərimə edilib.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












