Daşqınlar nəticəsində 230-dan çox insan ölüb

Keniyada son iki ayda yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 76 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Keniya hökumətinin sözçüsü İsaak Mayqua Mvaura məlumat verib.
Onun sözlərinə görə, son 12 saat ərzində daha 12 nəfər ölüb, bununla da yağışlar nəticəsində ölənlərin ümumi sayı 76-ya çatıb. Daha 29 keniyalı yaralanıb, 19 nəfər itkin düşüb.
Mvaura əlavə edib ki, ölkə boyu çoxsaylı yollar su altında qalıb, 130 mindən çox insan evlərini tərk edib. Onların bir çoxu hökumətdən kömək istəmək üçün paytaxt Nayrobiyə gəlib.
Mart ayından bəri yağan yağışlar Keniya ilə qonşu olan Tanzaniyada da ciddi fəsadlar törədib. Belə ki, sel və torpaq sürüşməsi nəticəsində 155 nəfər ölüb. Uqanda və Burundidə ölümlər və ciddi dağıntılar var.
Afrika sinoptikləri hesab edirlər ki, hazırda qitənin şərqində yağan qeyri-adi güclü yağışların səbəbi El Nino iqlim fenomenidir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












