Daxili İşlər Nazirliyi Şirvanda baş verən qətlə münasibət bildirib

Daxili İşlər Nazirliyi Şirvanda baş verən qətlə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavab olaraq deyib ki, bu gün saat 18 radələrində Şirvanda şəhər sakini, əvvəllər üç dəfə məhkum olunmuş Elnur Abıyev qoşalülə ov silahından atəş açaraq, ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyalə Abıyevaya ağır bədən xəsarəti yetirib: “Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib. Cinayəti törədən Elnur Abıyev isə istifadə etdiyi odlu silahı götürərək, hadisə yerindən qaçıb. Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində onun gizləndiyi yer (atasının evində gizlənib) müəyyən edilib. E.Abıyevə silahı təhvil verib təslim olmaq barədə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin o, bu tələbdən qətiyyətlə imtina edərək, polis əməkdaşları istiqamətində bir dəfə atəş açıb. Belə olan halda polis əməkdaşları xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və onun diz nahiyələrindən vuraraq zərərsizləşdiriblər. Silah götürülüb və o, təcili xəstəxanaya aparılıb. Hazırda o, polis nəzarəti altında şəhər xəstəxanasında müalicə alır”.
Faktla bağlı cinayət işi başlanılıb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












