Dayısının qatilini 29 il sonra qətlə yetirdi

Naxçıvanda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Ordubadın Unus kəndində qeydə alınıb. İttihama görə, 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğlu bıçaq xəsarəti ilə qətlə yetirilib. Onun qətlində həmkəndlisi, 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu təqsirli bilinib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, mərhum İbrahim Tağıyev 1995-ci ildə Bəxtiyar Rəsulovun dayısını münaqişə zəmnində qətlə yetirib. İbrahim Tağıyev azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb, uzun müddət orada yaşayıb. O, bu il kəndə qayıdanda təsadüfən Bəxtiyar Rəsulovla qarşılaşıb. İbrahim Tağıyevi kənddə görən təqsirləndirilən şəxs illər əvvəl öldürülən dayısının qisasını almaq fikrinə düşüb.
Bəxtiyar Rəsulov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












