Dəhşətli qəzada bir ailə yox oldu - səbəb yol olub? - VİDEO

İki gün əvvəl Bakı-Quba yolunun Tağıyev qəsəbəsi ərazisində bir ailənin üzvü olan 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı xəbər vermişdik. Daha sonra qəza anının videosu da yayıldı. Yol polisinin açıqlamasında qeyd olundu ki, qəzanın yoldakı problem səbəbindən baş verdiyi ehtimal edilir. Bəs yolda olan nahamarlıq ucbatından baş vermiş qəzaya görə məsuliyyəti kim daşıyır?
Ekspertlər bildirilər ki, vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilər. Məsələyə Avtomobil Yolları Dövlət Agentliyindən də münasibət öyrənmişik. İki gün əvvəl üç nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsinin yoldakı çökmədən baş verdiyi iddia edilir. Bakı-Quba yolunun Tağıyev qəsəbəsi ərazisində baş vermiş bu yol-nəqliyyat hadisəsinə münasibət birmənalı olmayıb. Yolun nahamar olması barədə iddialar var. Əgər həqiqətən də yolda yaranan çökməyə görə, qəza baş veribsə buna məsuliyəti kim daşıyır?. Qəza anının kadrlarını izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, qanunveicilikdə də var ki, hadisədən sonra qəzanın baş verməsinə səbəb olan amillər araşdırırlısın. Məsələ ilə bağlı yola cavabdeh qurum olan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirdilər ki, sözügedən yol boyu sürət limiti saatda 90 km təyin edilib. Amma körpülərə yanaşma yollarında təmir işlərinin aparılmasına rəğmən zaman zaman bu kimi problemlər yarandığı üçün sürət həddi yolun yol ötürücüsü hissələrində saatda 60 km müəyyən edilib. O da bildirildi ki, artıq çökmə olan ərazidə təmir işləri aparılır. Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Namidan Piriyev bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır. ''Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir''-deyə Namidan Piriyev qeyd edib.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












