Dəhşətli yanğınlara görə 44 cinayət işi açıldı - 6 nəfər həbs olundu

Türkiyədə iyunun 1-dən bəri qeydə alınan meşə yanğınları ilə bağlı 44 cinayət işi üzrə istintaq davam edir.
Avtosfer.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə İstanbulun baş prokuroru Akın Gürlek "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı və Meşəçilik nazirlikləri arasında qurulan koordinasiya çərçivəsində meşə yanğınları ilə bağlı araşdırmalar fasiləsiz aparılır.
Akın Gürlek qeyd edib ki, respublika prokurorluqları aidiyyəti dövlət qurumları ilə birlikdə yanğınların başvermə səbəblərini və məsul şəxsləri müəyyən etmək üçün bütün sübutları hərtərəfli araşdırır.
Baş prokurorun sözlərinə görə, 2026-cı il iyunun 1-dən etibarən ölkənin 16 vilayətində baş vermiş 44 meşə yanğını faktı üzrə cinayət işi açılıb. İstintaq çərçivəsində 29 şübhəli müəyyən edilib. Onlardan 6 nəfər həbs olunub, daha 9 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO












