Dələduzluq etdi, aministiyaya düşdü

Dələduzluqda ittiham olunan şəxs barəsində cinayət təqibinə amnistiya ilə xitam verilib. Avtosfer.az "Hit.az"a istinadən xəbər verir ki, Rəşad Məmmədov (şərti) etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurub. İstintaq materiallarına görə, o, 2025-ci ilin avqust ayında telefon danışığı zamanı özünü geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək zərərçəkmişi BP şirkətində sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib. Bu məqsədlə Rəşad Məmmədov zərərçəkmiş şəxsdən ümumilikdə 2.245 manat pul alıb. Pullar müxtəlif tarix və saatlarda mobil tətbiqlər və "eManat” ödəmə terminalı vasitəsilə "LeoBank” və "BirBank”a məxsus bank kartlarına köçürülüb. İttihama görə, o, aldığı vəsaiti vəd edilən məqsəd üçün istifadə etməyərək şəxsi ehtiyaclarına sərf edib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2.245 manat məbləğində maddi ziyan dəyib.
Fakt üzrə Rəşad Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə aministiya aktına əsasən Rəşad Məmmədov barəsindəki cinayət təqibinə və cinayət işinin icraatına xitam verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












