Azərbaycanda dəhşətli faciə - İki ailənin 8 üzvü bir gündə öldü

Qusarda dəm qazından zəhərlənərək ölən ailənin qohumları daha bir faciə yaşayıb. Avtosfer.az xəbər verir ki, bacısı Əminənin ailəlikcə dəm qazından ölməsini eşidən Bakı sakini, 23 yaşlı Fidan Məhsim qızı Ələkbərova ailəsilə birgə Qusara gələrkən qəzaya düşüblər. Nəticədə Fidan Ələkbərova, onun 34 yaşlı həyat yoldaşı Seymur Fikrət oğlu Əliyev və 1 yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər. Ailə başçısının idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı-Quba yolunun Sumqayıt şəhərinin H.Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən aşıb.
Qeyd edək ki, bu gün Qusar şəhərində zəhərlənmə hadisəsi baş verib. İkimərtəbəli yaşayış evində baş vermiş hadisə zamanı Qusar şəhər sakinləri - 35 yaşlı Rusif Şıxəli oğlu Şıxov və 29 yaşlı həyat yoldaşı Əminə Məhsim qızı Şıxova, övladları - 9 yaşlı Osman, 10 yaşlı Sumeya və 5 yaşlı İmarə Şıxova dəm qazından boğularaq ölüblər.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












