Dəmir barmaqlıqları əlləri ilə sındıran oğru evlərdən 257 min pul apardı

Bakıda evlərdən silsilə oğurluq edən Sadiq Həsənov barəsində məhkəmə araşdırması yekunlaşıb.
Avtosfer.az-ın məlumatına görə, külli miqdarda qızıl və pulu oğurlayan şəxs cinayət işi üzrə araşdırmada məlum olub ki, o ümumilikdə 15 şəxsə 257 min manatdan çox ziyan vurub. S.Həsənov əməllərini adətən eyni ssenari üzrə gerçəkləşdirib. Belə ki, əvvəlcə Bakıda müxtəlif ünvanlarda binaların qarşısında gəzərək birinci mərtəbələrdə işıqları yanmayan evləri hədəf seçib. Mənzildə heç kimin olmadığına tam əmin olmaq üçün qapını döyüb. Cavab verən olmadığını gördükdə əməllərini reallaşdırıb. S.Həsənov dəmir barmaqlıqları əlləri ilə sındırıb. Daha sonra plastik pəncərələri vintaçanla açaraq evə daxil olub. Daha sonra evin əsas giriş qapısını arxadan bağlayıb. Bunu ona görə edib ki, ev sahibləri gələrsə, vaxt tapıb evi tərk etmək imkanı olsun. O, cinayət işi üzrə zərərçəkənlərə vurduğu 257 min manat ziyanı tam ödəyib. Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Sadiq Həsənov 2006-cı ildə də oğurluğa görə həbs olunub. Sadiq Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə beş il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












