Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin dayandırılması məsələsinə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, iki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı həmin məktəbdə tədris prosesi pozulub və dərslər keçirilməyib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi musiqi məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işləri təmin edəcək.
"Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək" - məlumatda qeyd olunur.
Qeyd edək ki, tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarın binanın nəzdində olan otaqları məktəbdən almasıdır. Sözügedən binanın sahibinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu iddia edilir.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












