DİN-dən Lalə Azərtaşın paylaşdığı qadınla bağlı - AÇIQLAMA - VİDEO

Aparıcı Lalə Azərtaş həyat yoldaşı tərəfindən döyülən qadının görüntülərini yayıb.
Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı üzü döyülməkdən şişən və göyərən qadının videosunu paylaşaraq, yardım istəyib:
"Həyat yoldaşı ağzını "skoçla" bağlayıb onu döyüb. İlk dəfə deyil ki, onu vəhşicəsinə döyür. Sonuncu dəfə onu qucaqda polis idarəsinə aparıblar. Sonra ərinin təkidi ilə ərizəsini geri götürüb. Həyat yoldaşı narkotik maddə istifadəçisidir. Xəzər Rayon polis idarəsindən xahiş edirəm, onu xilas etsinlər, məsələ ciddi yanaşılsın. Çünki növbəti dəfələrdə bu qızın həyatını xilas etməyə bilərik".
***
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, qeyd olunan məsələ nəzarətə götürülüb:
"Vətəndaşın fikizi zorakılığa məruz qalması ilə bağlı daxil olmuş müraciət əsasında Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertizanın rəyi alınıb. Hazırda iş üzrə araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun tədbir görüləcək".
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












