DİN: "Taksi fəaliyyəti ilə məşğul olan sürücülər karantin qaydalarına əməl etmirlər" - FOTO - VİDEO

"Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər karantin qaydalarına əməl etmirlər".
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib. O deyib ki, taksi sürücüləri avtomobillərini şəffaf hava keçirməyən arakəsmələrlə təchiz etməyirlər: "Eyni zamanda onlar nəqliyyat vasitələrinin ön hissəsində sərnişin əyləşdirirlər. Vətəndaşlar tərəfindən qayda pozuntuları isə ictimai nəqliyyatda tibbi maskadan düzgün istifadə edilməməsi ilə bağlıdır.”

Qeyd edək ki, bu gün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə nəzarət profilaktiki tədbirlər keçirilib. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında karantin rejiminə uyğun olaraq profilaktiki söhbətlər aparılıb. Bu qaydalara etinadsız yanaşan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.



Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












