"Dollar Nizami"yə hökm oxundu

Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Nizami Quliyevə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1972-ci ildə Balakən rayonunda anadan olmuş Nizami Quliyev ötən ilin may ayında saxlanılıb və onun üzərinə baxış zamanı saxta 35 900 ABŞ dollar aşkar olunaraq götürülüb.
Cinayət Məcəlləsinin 204.3.1 və 204.3.2-ci maddələri ilə təqsirləndirilən Nizami Quliyev məhkəmədə həmin maddələr üzrə özünü qismən təqsirli bildirib. O bildirib ki, Rusiya və Türkiyədə bizneslə məşğul olan və əvvəlcədən tanıdığı Mail Səmədov adlı şəxsin göstərişi ilə həmin saxta dollarları əldə edib. "Mail Səmədov mənə bir neçə şəxsdən pulları götürüb, başqa şəxslərə verməyi tapşırırdı. Mən də həmin tapşırıqları icra edirdim", - deyə saxlanılan şəxs bildirib. Mail Səmədovun tapşırığı ilə Nizami Quliyevin əməllərindən zərərçəkənlərdən biri də "Fud Siti" bazarında bizneslə məşğul olan azərbaycanlı iş adamı Samir (şərti ad) adlı şəxsdir. Moskva şəhərində yaşayan Samirin Bakıda ümumilikdə 2 274 000 rus rublu (təxminən 42 520 AZN – red.) pulu olub. Həmin vaxt o, rublu dollarla dəyişmək üçün Moskva şəhərində yaşayan, əslən Lənkəran şəhərindən olan Mail Səmədovun təklifi ilə Nizami Quliyevlə görüşüb. Nizami 2 274 000 rus rublu qarşılığında 29 700 ABŞ dollarını Samirin qardaşı Hüseynə verib. Onlar pulları götürdükdən sonra rayona gediblər. Rayonda pulların saxta olduğunu bilib, Nizami ilə əlaqə saxlamağa çalışıblar. Daha sonra hadisə ilə bağlı polisə məlumat veriblər.
Məhkəmədə Rusiyada işləyən azərbaycanlılar Maili həmin hadisədən sonra hələ də axtardıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Nizami Quliyev Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 8 il müddətə azadlıqdan məhrum edilib.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












