Doqquz il əvvəl qətl törədərək meiyiti kanala atan şəxslə bağlı qərar verilib

Ağcabədidə 9 il əvvəl qətl törətməkdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum olunan Xəyyam Salahov yenidən məhkəməyə müraciət edib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, məhkum apellyasiya məhkəməsinə müraciət edərək barəsində olan hökmün dəyişdirilməsini istəyib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub, şikayət təmin olunmayıb, hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında Ağcabədi rayonunda baş verib.
İttihama görə, 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov 1956-cı il təvəllüdlü, xarici valyutanın alqı-satqısı ilə məşğul Valeh İsmayılovu yaşadığı Ağcabədi şəhərində boğaraq öldürüb, üzərində olan külli miqdarda pulu götürüb, meyitini su kanalına atıblar. Qətlin üstü xeyli sonra açılıb. V. İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.
Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu və Məmmədov Namiq Qurban oğlu 2016-cı ilin fevral ayında saxlanılıblar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Salahov və Namiq Məmmədovun hər biri 19 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












