Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, hadisə bu il yanvarın 9-da baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 14 yaşlı qızı Xəyaləni inandırıb ki, arvadından boşanaraq onunla evlənəcək. Hadisə günü o, yeniyetmə qızı məktəbdən götürərək tanışına məxsus VAZ-2106 markalı avtomobillə Bərdəyə qaçırıb.
Bir qədər sonra qızın ailə üzvləri onun dərsdən gəlmədiyini görərək narahatlıq keçiriblər və müəllimi ilə əlaqə saxlayıblar. Məktəbdən isə Xəyalənin dərsdən çıxıb evə getdiyi bildirilib. Bundan sonra axtarışlar başlayıb və qızın atasının dostu tərəfindən qaçırıldığı məlum olub.
Ailənin şikayəti əsasında Qadir Həsənov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.
Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə Q.Həsənova 2 il 6 ay həbs cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












