Dövlət qurumlarını aldadan iş adamına 11 il həbs

Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon manatı mənimsəməkdə təqsirləndirilən Üzeyir Həsənovun məhkəməsi yekunlaşıb. “Qafqazinfo”nun məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
“Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənov 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək qiymətləri şişirdib. Şirkət rəhbərinin qanunsuz fəaliyyəti nəticəsində dövlətə 7 milyon manat ziyan dəyib.
Müttəhim Həsənovun cinayət əməli bununla bitmir. İttihamda qeyd olunur ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının təmir-bərpa işlərinin aparılmasını öz üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə Həsənova 1.8 milyon manatlıq mənimsəmə ittihamı verilib.
Ü.Həsənov verilmiş ittihamla özünü təqsirli bilmir. Sərbəst ifadəsində ittihamda qeyd olunanlardan xəbərsiz olduğunu deyib.
Bu gün keçirilən sonuncu məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Ü.Həsənov xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib. 10 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












