Evlərdən su sayğacları oğurlayan və narkotik satan şəxslər tutulub - FOTO - VİDEO

Nərimanov rayonunda müxtəlif vaxtlarda 10 mənzilə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Eldarov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Hüseyn Eldarovun sayğacları oğurlaması təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri digər bir əməliyyat zamanı Bakı şəhər sakini Kamil Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirdən əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar edilib. Kamil Əliyev ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirib. Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Hüseyn Eldarov və Kamil Əliyev ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ















