Faciəvi şəkildə həlak olan gənclə bağlı ürəkdağlayan detal - Təzəcə nişanlanmışdı - FOTO

Tovuz rayonunda çayda boğularaq həyatını itirən 22 yaşlı İlham Şirinovun faciəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Avtosfer.az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, Ağdam rayon sakini olan İlham Şirinov Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayıb və burada yerləşən orta məktəbdə təhsil alıb. O, cəmi iki ay əvvəl sinif yoldaşı ilə nişanlanıbmış və yaxın vaxtlarda toylarının keçirilməsi planlaşdırılırdı.
İlham Şirinov eyni zamanda Milli Qvardiyada xidmət edib.
Qeyd edək ki, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, İlham Şirinov Bakıdan Tovuzun Dondar Quşçu kəndində yaşayan qohumlarını ziyarət etməyə gedib.
Son günlər yağan intensiv yağışlar səbəbindən Tovuz çayında suyun səviyyəsi və axının sürəti xeyli artıb. Güclü axın nəticəsində gənc həyatını itirib.


Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












