Fəvvarələr Meydanında maşınla gəzir - Bu sürücünü hansı cəza gözləyir? - VİDEO

Bakıda Fəvvarələr Meydanında avtomobilin sürülməsini əks etdirən görüntülər yayılıb. Həmin şəxs polis tərəfindən saxlanıb. Onun bu addımı atmasına səbəb nə olub və sürücünü hansı cəza gözləyir?
Avtosfer.az xəbər verir ki, şəhərin mərkəzi meydanında insanların sıx hərəkətdə olduğu yerdə avtomobil idarə edir. Bu görüntülərin sosial şəbəkələrdə yayılıb. Kadrlardan aydın olur ki, sürücü Səbail rayonu ''Tarqovi'' kimi tanınan Fəvvarələr Meydanına hansısa yolla daxil olub. Həmin sürücü ərazidə xidmət aparan Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıb. İdarəyə aparılan sürücünün 36 yaşlı İlham Arifoğlu olduğu məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyir ki, sürücü həmin qanuna zid əməli törədərkən özündə olmayıb. Nəqliyyatın hərəkəti qadağan olunan küçəyə girən sürücünün bu əməli ətrafda olanlar üçün olduqca təhlükəli olub. Çünki həmin küçə insanların ən çox istrahət məqsədi ilə gəldiyi ərazilərdən biridir və orda nəqliyyat vasitəsinin hərəkəti piyadaları üçün də risklidir. Qeyd edək ki, bu əməli törədən şəxs barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq material toplanıb və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












