FHN: Ötən sutka 30 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub. Həmçinin, Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasında yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsində zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb.
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB











