Gecə klubunda yanğın - Ölənlər və yaralananlar var

Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, onların arasında azı dörd turist var. Avtosfer.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu polis rəisi Alok Kumar açıqlayıb. "Dörd turistin və klubun 14 əməkdaşının həlak olduğu təsdiqlənib. Daha yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilir", – deyə Kumarın sözlərini nəşr yayıb. Ən azı 50 nəfər xəsarət alıb. Hadisə dekabrın 7-nə keçən gecə Şimali Qoa bölgəsinin Arpora kəndində yerləşən "Birch by Romeo Lane" adlı gecə klubunda baş verib. Hazırda araşdırma aparılır. İlkin məlumatlara görə, yanğının səbəbi müəssisənin mətbəxində qaz balonunun partlaması olub.
***
Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində azı 23 nəfər həlak olub. Bu barədə "The Indian Express" qəzeti məlumat yayıb. Polisin verdiyi məlumata görə, yanğının qaz balonun partlamasından qaynaqlandığı ehtimal olunur. "Qruplar xilasetmə əməliyyatı və evakuasiya aparır. Cəsədlərin əksəriyyəti mətbəxdən çıxarılıb ki, bu da onların klubda çalışan şəxslər olduğunu güman etməyə imkan verir. İki cəsəd isə pilləkəndə aşkar edilib", – qəzet ştatın baş prokuroru Alok Kumarın sözlərini gətirir.
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO












