
Gəncədə 60 yaşlı qadını maşın vurub
Hadisə
5 Aprel 2022 21:51
Oxunub 878

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1962-ci il təvəllüdlü F.Məmmədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR