Gəncədə kanalizasiya xətti çəkilən zaman dağılan yollar hansı problemləri YARADIB? – VİDEO

Gəncədə yağan yağışlar şəhərin Mahrasa Bağı qəsəbəsində ciddi problemlər yaradıb.
Avtosfer.az xəbər verir ki, yaşayış massivində 13 saylı binanın qarşısında su və kanalizasiya xəttləri üçün qazılan xəndəyə düşən avtomobili oradan çıxarmaq böyük çətinliklə mümkün olub.
Binanın sakinlərinin sözlərinə görə, ərazidə qazıntı işlərini həyata keçirən MAGRO şirkətinin əməkdaşları basırılmış boruların üzərini yalnız torpaqlamaqla kifayətlənirlər:
“Əlbəttə, əraziyə yeni su və kanalizasia xətlərinin çəkilməsi çox yaxşı haldır. Lakin bütün qəsəbəinin onsuz da bərbad olan yollarını keçilməz hala salıblar. Davamlı yağan yağışlar da torpağı yuyub, çökməsinə səbəb olur. Bu problemi necəsə həll etmək lazımdır ki, əhali avtomobillə və piyada gedib gələndə əziyyət çəkməsin”.
Məsələ ilə bağlı MAGRO şirkətindən şifahi olaraq bildirilib ki, qeyd olunan Mahrasa Bağı qəsəbəsində xətlərin çəkilişinə yeni başlanılıb və tədbirlər planına uyğun olaraq həmin ərazidə işlər yekunlaşan kimi oranın asfaltlanması işləri yerinə yetiriləcək.
(bizim.media)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












