Gəncədə sürücüsüz maşına dairədə yol verdilər - VİDEO

Gəncədə maşın öz-özünə hərəkət edərək qəza riski yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 11:49 radələrində 3 nömrəli şəhər poliklinikasının önündə qeydə alınıb. Belə ki, sürücü əl əyləcini çəkmədən “Opel” markalı avtomobildən düşüır. Elə bu zaman maşın öz-özünə hərəkət edərək yola çıxır və dairəyə “protiv” daxil olur. İşin maraqlı tərəfi isə digər sürücülərin avtomobilə yol verməsi olub. Hadisə şahidlərinin sözlərinə görə, maşın bir müddət sonra saxlanılıb. Xoşbəxtlikdən təhlükə yaransa da, qəza baş verməyib.
Qanunvericiliyə əsasən, sürücü nəqliyyat vasitəsini duracağa qoyduqda mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir.
Nərmin
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










